…Cənubi Koreyanın Kia şirkəti Rusiya bazarına qayıtmaq imkanını nəzərdən keçirir. 2030-cu ilə qədər yenilənmiş strategiyasında şirkət bu ilin sonuna qədər 50 000 avtomobili hədəf qoyaraq Rusiyada satışları da daxil edib.
SİA-nın məlumatına görə, qərar şirkət strategiyasını 2025-ci ildə baş tutan CEO İnvestor Günündə təqdim etdikdən sonra qəbul edilib və burada 2030-cu ilə qədər ümumi satış hədəfini 4,19 milyon avtomobil elan edib.
Şimali Amerika, Avropa, Koreya və Hindistan kimi əsas bazarlara əlavə olaraq, sənəddə gözlənilmədən keçən il planlardan kənarlaşdırılan Rusiya da yer alıb.
Mütəxəssislər Rusiya bazarının Kia-nın strategiyasına qayıtmasını geosiyasi detensiya gözləntiləri ilə əlaqələndirirlər.
Yada salaq ki, 2021-ci ildə Hyundai və Kia 23,3 faiz ümumi bazar payı ilə Rusiyada lider mövqeləri tuturdular.
…Son iki ildə Rusiyanın avtomobil bazarı iki dəfədən çox artıb (2022-ci ildə satılan 780 min yeni avtomobildən 2024-cü ildə 1,83 milyona qədər).
Qayıdış Koreya brendinin satışlarını diversifikasiya etmək üçün məntiqli addım ola bilər. 2022-ci ildə Hyundai Group-a satılan Sankt-Peterburqdakı zavodun iki il ərzində geri alınması ehtimalı da istisna edilmir. Şirkət indi də 2022-ci ildən Rusiya bazarının yarıdan çoxunu tuta bilən Çin brendləri ilə qaçılmaz rəqabət kontekstində addımlar atmağı düşünür.
Nazli Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə