Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində sonuncu oyununu keçirib.
SIA xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Xorvatiya seçməsi ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, Xorvatiya seçməsi qrupda 18 xalla lider olub. Azərbaycan millisi isə 2 xalla sonuncu – dördüncü sırada qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə