Bakı Şəhər Mədəniyyət Baş İdarəsi fərdi jurnalist müsabiqəsi keçirəcək

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan milli mətbuatının yaradılmasının 150 illiyinə həsr olunmuş “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqə elan edilir.

Müsabiqənin əsas məqsədi jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, dövlət və cəmiyyət maraqlarının müdafiəsində onların potensialından səmərəli istifadə olunması və yeni jurnalist araşdırmaları üçün imkan yaradılmasıdır.

Jurnalist heç bir mətbuat orqanında yayımlanmayan, aşağıdakı mövzulardan yalnız biri üzrə yazdığı məqaləni müsabiqəyə təqdim edə bilər:

– Konstitusiya;

– Suverenlik;

– Milli mətbuat – 150.

Müsabiqəyə təqdim edilən məqalədə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin bütün tələblərinə riayət olunmalıdır.

Məqalə yalnız Azərbaycan dilində, Times New Roman şrifti ilə 14 pt. ölçüdə 1,5 intervalla yazılmalıdır. Səhifə ölçüləri sağdan 1,5 sm və soldan 3,0 sm, yuxarıdan və aşağıdan 2,0 sm olmalıdır. Məqalə 3-5 səhifə həcmində qəbul edilir.

Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakısənədlər tələb olunur:

1. Müsabiqəyə müraciət forması (bütün bəndləri doldurulmuş və imzalanmış şəkildə) https://docs.google.com/document/d/1hGqorlIKPza0KJhzotToI_IsX8FL7ufg/edit?usp=sharing&ouid=107174985911721727823&rtpof=true&sd=true;

2. Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti;

3. Əmək müqaviləsi və yaxud mülki hüquq müqaviləsinin bildirişi.

Müəlliflər məqaləni, şəxsiyyət vəsiqəsinin surətini (skan edilmiş), müraciət formasını (imzalanmış və skan edilmiş), əmək müqaviləsinin və ya mülki hüquq müqaviləsinin bildirişini (“.pdf” yaxud “.jpeg” formatda) [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Materiallar 2025-ci ilin 15 aprel tarixindən 15 iyun tarixinədək qəbul ediləcək.

Məqalələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. I yerin qalibinə 500 (beş yüz) manat, II yerin qalibinə 250 (iki yüz əlli) manat, III yerin qalibinə isə 150 (bir yüz əlli) manat məbləğində pul mükafatı veriləcək. Qaliblərə həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin diplomu təqdim olunacaq.

Müsabiqə barədə daha ətraflı məlumatı (012) 492 91 59 nömrəsi vasitəsilə əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə