Sinqapurda parlament buraxılıb

Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ümumi seçkilərdən əvvəl parlamentin buraxıldığını elan edib. Seçkilər üç ay ərzində keçirilməlidir və dəqiq tarixi yaxın günlərdə açıqlanacaq. SİA xəbər verir ki, bu seçkilər 2024-cü ilin may ayında uzun müddət Baş nazir vəzifəsində çalışan və Xalq Hərəkatı Partiyasının (XHP) lideri olan Li Syan Lununu əvəz edən Lourens Vonq üçün ilk seçki sınağı olacaq.

“Reuters” agentliyi yazır ki, XHP 1965-ci ildə müstəqillik əldə ediləndən bəri bütün seçkilərdə olduğu kimi bu dəfə də yəqin ki, üstünlük qazanaraq parlamentdə yer çoxluğu əldə edəcək.

Seçkilər ümumilikdə qaranlıq iqtisadi perspektivlər şəraitində keçiriləcək. Belə ki, ABŞ Prezidenti Donald Trampın tarifləri ticarətdən asılı olan bu ölkədə iqtisadi fəallığı zəiflədə bilər.

Qarşıdan gələn seçkilərdə 2020-ci ildə keçirilən son səsvermə ilə müqayisədə dörd yer artıq olacaq, yəni 15 birmandatlı seçki dairəsindən və hər birində 4 və ya 5 üzv olan 18 çoxmandatlı dairədən 97 qanunverici seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə