Türkiyənin dövlət qulluqçuları arasında əlilliyi olan şəxslərin sayı 10 dəfə artıb
Ötən il Türkiyənin dövlət qulluqçuları arasında əlilliyi olan şəxslərin sayı 2002-ci il ildən bəri 10 dəfəyədək artaraq 56 min 500 nəfər təşkil edib.
SİA xəbər verir ki, bu müddət ərzində ölkədə əlliyi olan şəxslərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində səhiyyə, təhsil, məşğulluq və bir sıra digər sahələr üzrə çox sayda layihə həyata keçirilib. Türkiyədə, eyni zamanda, əlillərin fərdi istehsalat sahəsində fəaliyyətlərinin genişləndirilməsi istiqamətində məşğulluq imkanları əhəmiyyətli dərəcədə artırılıb.
Yanvarın 9-da ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “Əlil vətəndaşların və dövlət müdafiəsindən yararlanan gənclərin dövlət qurumlarına yerləşdirilməsi” mərasimində 1304 əlilliyi olan şəxsin və 1561 gəncin dövlət qurumlarına işə götürüldüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə