Hələ Azərbaycan xalqının milli azadlıq hərəkatı dövründə yaranmış AXC (Azərbaycan Xalq Cəbhəsi) sonradan - ölkəmiz müstəqillik əldə etdikdən sonra partiyaya çevrilərək, AXCP adı altında siyasi təşkilat kimi fəaliyyətini davam etdirməyə başladı. Ümumiyyətlə, o zamanlardan başlayaraq, ard-arda yaranan siyasi partiyalar ölkədə cərəyan edən hadisələrin ab-havasına qoşulmağa başladlar. Lakin məsələ bunda deyil. Daha doğrusu, məsələ ondadır ki, milli azadlıq hərəkatının adını özünküləşdirənlər zaman-zaman bu hərəkat üzərində simulyasiyalara yol verərək, bunu şəxsləri fonunda özünüreklam etməyə çalışırlar. AXCP sədri Əli Kərimli bir tərəfdən, AXCP-nin dərnəyi kimi fəaliyyət göstərən "Milli Şura"nın sədri, Cəmo “bəy” kimi tanınan Cəmil Həsənli də bir tərəfdən az qala AXC-nin, yəni milli azadlıq hərəkatının yaranmasını öz adlarına çıxarmağa cəhdlər göstərirlər. Halbuki, hərəkat dövründə kimlərin hansı üsullarla “parlamaları” da çoxlarının xatirində qalmaqdadır. Lakin burada sözügedən məqsəd bəllidir - AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin adından öz səmərələri, reklamları, təbliğatlarında sui-istifadə etmələri üçün...
Guya bunlar həqiqətən də "Xalq Cəbhəsi" adını "əziz", “möhtərəm” tutaraq, onun yolunda "ölməyə" hazır olduqlarını göstərirlər. Təbii ki, nə Əli Kərimlinin, nə də ki, Cəmil Həsənlinin bu yolda “ölmək” şansları yoxdur. Ona görə yoxdur ki, maraqları şəxsi mənafelər üzərində qurulub, ideologiya əsasında deyil. Əgər bu gün kimsə deyir ki, bu adamların milli azadlıq hərəkatının - AXC-nin qurulmasında heç bir rolları olmayıb, demək ki, bu doğrudur. Əslində, AXC-nin parçalanmasından və sonradan AXCP-yə çevrilməsindən sonra Ə.Kərimli başda olmaqla, elə C.Həsənlinin özü də "Yurd" qruplaşması daxilində həmin təşkilatı içdən parçalamağa balşadılar. Daha dəqiq desək, Əbülfəz Elçibəyin oradan uzaqlaşdırılması yönündə planlar qurmağa başladılar. Məhz indi bunların belə cah-cəlallı, bəh-bəhatlı şəkildə "AXC" deyib, "səcdəyə" getmələri həqiqətən də ikiüzlülüyün, əqidəsizliyin, ləyaqətsizliyin bariz göstəricisidir.

Cəmo “bəy” Əbülfəz Elçibəyi "lider" adlandırır, az qala cəbhəçiliyi siyasət "Allahı" olduğunu dilə gətirir, ancaq o biri tərəfdən də unudur ki, bu günün özündə də mərhum Əbülfəz Elçibəyin müəmmalı ölümü ilə bağlı istintaq gedir və hazırda yalmandığı Ə.Kərimli onun ölümündə əsas şübhəli şəxs kimi qalmaqdadır!

Daha bir məsələ isə Cəmonun özünün də etiraf etdiyi kimi, 2005-ci ilin sonlarına qədər AXCP-nin üzvü olduğunu deməsidir. Guya o, həyatının ən yaxşı illərini də AXCP-də keçirib,hətta "milli", "mənəvi" bioqrafiyasında cəbhənin xüsusi rolu-filanı da varıymış. Bu zaman sual yaranır ki, əcəba, əgər Cəmil Həsənli AXC-də olarkən, ömrünün ən yaxşı illəri orada keçərkən, nəyə görə, hansı səbəbdən həmin təşkilat sıralarını tərk etdi? Hansı səbəbdən "ömrünün ən yaxşı vaxtlarından" imtina edib, oradan uzaqlaşdı? İtmi asqırdı, pişikmi miyoldamaq əvəzinə xoruz kimi banladı? Xeyr, bu sualın cavabı MANDATDIR! Deputatlıq mandatdı... Bir mandata görə cəbhə sıralarına, Ə.Kərimliyə, eləcə də reklam kimi istifadə etdiyi Əbülfəz Elçibəy ideologiyasına TÜPÜRƏRƏK parlamentin iclaslarına qatılan Cəmo “bəy” sübut etdi ki, o ƏQİDƏSİZ birisidir və ondan heç vaxt milli və siyasi etalon ola bilməz. Əlbəttə ki, bunun da bir sübutu var.

Sübutu isə belədir ki, indi də həmin Cəmil Həsənli 2010-cu ildə deputat seçilmədiyinə görə, arxasını çevirib, AXCP-yə sarı cumub. Daha öncələr də dediyimiz kimi, tüpürdüyü qazana baş vuraraq, tüpürdüklərini yalamağa başlayıb. Bir sözlə, siyasi YAL (T) AQLIĞINI aşkar, bariz şəkildə göstərib. Bax beləcə, növbəti dəfə Cəmo bəyin "kimliyi" sübuta yetirilib.

Rövşən NURƏDDİNOĞLU

P.S. Baxarsınız, Cəmo anidən, Allah eləməmiş deputat-zad seçilsə yenidən tüpürəcək AXCP-yə və gedib oturacaq parlamentdə nəuzibillah! Sonra da gəlib kəsdirəcək redaksiyamızın qapısını ki, AXCP-nin, Əli Kərimlinin ölkə üçün nə qədər zərərli olduğu barədə açıqlamalar versin. Ruslar demişkən, "kak v starıye vremena"...

Bütün xəbərlər Facebook səhifəmizdə