Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"ə qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. "Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə