Rusların Xarkova hücumu: Zelenski yeni bəyanat yayıb...

Ukrayna prezidenti bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinə əlavə qüvvələr qatıldığını bildirib...
Rusların Xarkova hücumu: Zelenski yeni bəyanat yayıb...

...Bu gün (dünən-A.B.) Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirməyə çalışıblar. Bununla bağlı Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinin müdafiəsini gücləndirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski, artıq dünənki axşam müraciətində deyib:

...Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirməyə çalışıb. Biz işğalçı qüvvələrin əhatə dairəsini başa düşürük və onun planını görürük. Ukrayna əsgərləri, artilleriya, pilotsuz təyyarələrlə işğalçıya cavab verir. Mən hər bir ukraynalı əsgərə, hər bir çavuşa, öz mövqelərini lazımi səviyyədə müdafiə edən hər bir zabitə minnətdaram.

Bunu deyən Zelenskinin sözlərinə görə, hazırda Xarkov istiqamətində və Rusiya Federasiyası ilə sərhəd xəttində qüvvələr gücləndirilir.

...Həm Ukrayna dövlət sərhədi, həm də bütün cəbhə xətti boyunca biz Rusiyanın istənilən hücum niyyətinin qarşısını alaraq məhv edəcəyik.

Ukrayna prezidenti bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə