Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Mayın 10-da saat 11 radələrində qohumu tərəfindən bıçaq xəsarətləri yetirilmiş Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovanın vəziyyəti ağır-stabildir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Təcili tibbi yardım şöbəsinə yerləşdirilən Zəminə Məmmədovaya boynun ön və sağ nahiyəsinin kəsilmiş yarası, traxeyanın ön və hər iki yan divarının kəsilmiş yarası, boynun ön və sağ yan qrup əzələlərinin kəsilmiş yarası diaqnozları təyin edilib. Əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə