Çempionlar Liqasında həftənin oyunçusu seçildi

UEFA, Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu ada, "Borussiya"nın müdafiəçisi Mats Hummels layiq görülüb.

35 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyununda (1:0) qələbə qolunu vurub.

UEFA-nın saytında səsvermədə Hummels "Real"ın hücumçusu Vinisius Juniora qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə