Hipnoz zamanı beyində nə baş verir? - PSİXOLOQ AÇIQLADI

“Ümumiyyətlə, hipnoz demək olar ki, artıq istifadədən qalmış metoddur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, yəni, artıq müasir psixologiyada hipnozdan istifadə azalıb: “Düzdür, belə bir şeylər var ki, son dövr hipnoza meylli işlərdən trans vəziyyətinə salmaq, insanların duyğularını boşaltmasına səbəb olmaq, keçmişi ilə barışmaq, keçmişdəkilərini bağışlamaq, kim ona pis bir şey edibsə onunla olan əlaqələrini kəsmək bunu artıq mediativ musiqi və ya mediativ vəziyyət deyirlər və bundan istifadə edirlər”.

Psixoloq sözlərinə belə davam edib: “Bu zaman beyində nə baş verir? Beyində rahatlama baş verir və beyində rahatlama baş verdiyi anda isə rahatlama zamanı artıq insanların əvvəllər çətin baxdığı şeyə indi daha asan baxması və s. bunun fonunda insanlarla işləyərək daha rahat nəticə almaq olar. Amma hal-hazırda hipnozdan istifadə çox azalıb. Çünki insanların trans vəziyyətinə düşməyi və bu sahədə irəliləməyi üçün artıq hipnoz elə də lazımlı bir məsələ deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə