"Çində imkanlar, Şənşi gözəlliyi" sərgisi və Azərbaycan-Çin mədəniyyəti nümayiş etdirilib - YENİLƏNİB - FOTOLAR

Bakıda Çinin Şensi əyalətinin turizm imkanlarına həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan-Çin mədəniyyəti və turizmin təşviqi konfransı çərçivəsində təşkil edilib.

Tədbir Şensi əyaləti haqqında füsunkar hekayə ilə açılıb, daha sonra qonaqlara bu bölgənin milli rəqslərindən ibarət çıxış təqdim olunub. Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Taonun sözlərinə görə, bu region Çinin mədəniyyətini tam əks etdirir. “Səfirlik əyalətimizin turizm imkanlarının təşviqində maraqlıdır və hər kəsi oranı ziyarət etməyə dəvət edir”, - Tao qeyd edib.

Öz növbəsində, Şensi əyalətinin Kommunist Partiyasının Komitə üzvü Daquanq San mədəni mübadilələrin və turizmin Azərbaycan və Çin xalqlarını birləşdirən mühüm körpü olduğunu vurğulayıb. “Son vaxtlar Şensi əyalətində əsasən İpək Yoluna həsr olunan iqtisadi və mədəni forumlar tez-tez keçirilir”, - müvəqqəti işlər vəkili əlavə edib.

Daquanq San Azərbaycana səfər çərçivəsində Şansi vilayətinin mədəni irsini təqdim etmək məqsədlə təqdimat keçirildiyini qeyd edib, bununla əlaqədar nümayəndə heyətinə əsasən mədəniyyət sahəsini təmsil edən şəxslərin daxil olduğunu diqqətə çatdırıb. O, Çinlə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr qurulduğunu və Şansi əyalətinin Sian şəhərinin Böyük İpək yolunun başlanğıc nöqtəsi olduğunu deyib. Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayan Daquanq San burada olmaqdan məmnunluğunu ifadə edib.

Tədbirdə Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov da çıxış edərək, şəhərin imkanlarından danışıb. Azərbaycan və Çin arasında informasiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Çin Kommunist Partiyasının Şansi əyaləti Komitəsinin İctimaiyyət Departamentinin baş direktoru Daquanq Sanın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib, ölkələrimizin media sahəsində əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb. İşğaldan azad olunan ərazilərdə informasiya fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, hazırda həmin torpaqların minalardan təmizlənməsi ən əsas problemlərdən biri olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə