“Yeni konstitusiyanın həlli sürətləndirilməlidir, çünki…”

Türkiyə Dövlət Şurasının yaradılmasının Ankarada keçirilən ildönümü mərasimində çıxış edən R.T.Ərdoğan deyib ...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni konstitusiyanın ölkənin problemlərinin həllini daha da sürətləndirəcəyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Dövlət Şurasının yaradılmasının Ankarada keçirilən ildönümü mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Yeni Konstitusiyaya ehtiyac var. Çünki yeni konstitusiya vətəndaş siyasəti sahəsini genişləndirəcək, iqtisadiyyatdan tutmuş sosial həyata qədər ölkəmizin problemlərinin həllini sürətləndirəcək. Bu baxımdan müxtəlif siyasi partiyalar arasında məsləhətləşmələrin və danışıqların intensivləşdirilməsi mühüm fürsətdir. Ümid edirik ki, Türkiyə siyasəti bu fürsəti ölkəmiz, millətimiz və demokratiyamız üçün daimi bir qazanca çevirəcək.

Millətimizin gözləntiləri çərçivəsində konstruktiv rolumuzu oynamağa davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə