İsveçli müğənni, “Eurovision” mahnı müsabiqəsinin ikiqat qalibi Lorin hazırda “Eurovision-2024” mahnı müsabiqəsinin keçirildiyi Malmö şəhərində müvəqqəti butik açır. SİA xəbər verir ki, Lorinin butikində müğənninin 2012-ci ildə Bakıda keçirilən müsabiqədə “Euphoria” və 2023-cü ildə Liverpulda “Tattoo” mahnıları ilə qalib olduğu çıxışlarda geyindiyi geyimləri satışa çıxarılacaq.
Mağazaya gələnlər müğənninin mənəvi şəfavericisi Maya Skoqun proqnozlarından da yararlana biləcəklər.
“Bu, daim mənə sevgi bəxş edən pərəstişkarlarıma hədiyyəmdir. Bu yer sizin hamınız üçündür”, - deyə Lorin mətbuat üçün açıqlamasında qeyd edib.
Müğənninin öz pərəstişkarlarına daha bir hədiyyəsi mayın 11-də “Eurovision-2024” mahnı müsabiqəsinin finalında ifa edəcəyi sonuncu “Forever” mahnısı da daxil edilməklə onun mahnıları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB