Daşıdığımız adların taleyimizə təsiri var? - MÜNASİBƏT BİLDİRİLDİ

"Həyatda mövcud olan hər bir şeyin bir enerjisi var". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

O bildirib ki, enerji müsbət və mənfi mənada bizim həyatımıza təsir edir: "Hər bir insanın daşıdığı ad onun taleyinə uğur yaxud uğursuzluq gətirir. Ona görə də övladlarımıza ad qoyduğumuz zaman bunlara diqqətlə yanaşmalıyıq. Əgər həyatı uğursuzluqla, məşəqqətlə keçən bir insanın adını yeni doğulan övladlarımıza qoysaq onunda həyatına təsir edəcək. Yaxud ruhən, daxilən neqativ və aqressiv insanın adını övladımıza qoysaq, onun təsiri mütləq görünəcək. Həmçinin ömür yolu iztirablı keçən dini liderlərin adları da öz təsirini buraxmadan ötürmür.

Bundan əlavə qısa adlarında insan həyatında enerjisi tamamlanmamış qalır. Adlar nə qədər uzun, mükəmməl və doğru düzgün seçilmiş olarsa, o qədər çox uğurlu seçim sayılar.

Hər bir hərfin bir rəqəm qarşılıq titrəşimi olduğu üçün rəqəmlər də bizə təsir etmiş olur. Onu da unutmamalıyıq ki, qoyduğumuz adlar təkcə mənfi və müsbət enerjilərlə qalmır eyni zamanda o adı daşıyan insanın karma borclarını və ruhsal bağlarını da həyatına çəkmiş olur. Nənə və baba adlarını daşıyan insanlar həmçinin ailə xəttindən ötürülən mənfi və müsbət enerjilərin də daşıyıcıları olur.

Doğum günümüzün, doğum ay və ilimizin enerjisi üzərinə birdə soyadlarımızdan və qoyulan adlarımızdan gələn enerjilərimiz də gəlir və bütün bunlar həyatımıza təsir edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə