Vaşinqtonda keçirilən 39-cu Türkiyə-ABŞ Konfransı

Türkiyənin ticarət naziri Ömər Bolat ilə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən 39-cu Türkiyə-ABŞ Konfransında iştirak ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər iki nazir çıxışlarında Türkiyə ilə ABŞ arasında ticarət həcminin və əməkdaşlığın artırılması üçün böyük imkanların olduğunu bildiriblər.

Ticarət naziri Ömər Bolat ABŞ-ın Türkiyəyə qoyduğu investisiyalara diqqət çəkərək deyib: "Son 22 ildə ABŞ Türkiyəyə ən çox sərmayə yatıran ikinci ölkə olub. Bu müddət ərzində Türkiyə iqtisadiyyatının gücünə və potensialına inanan, 60 milyard dollardan artıq iqtisadi töhfə verən və 110 mindən çox iş yeri yaradan 2 mindən çox ABŞ şirkəti Türkiyəyə sərmayə qoyub”.

Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə çıxışında bunları söyləyib: “Türkiyə ilə ABŞ arasında bir çox potensial əməkdaşlıq sahələri var. Enerji çevrilməsi sənayenin danılmaz reallığına çevrildikcə bu sahələrin sayı da artır. Bunlara bərpa olunan enerji mənbələri, kritik minerallar və LNG (mayeləşdirilmiş təbii qaz) kimi sahələr daxildir. “Biz təkcə Türkiyə və ABŞ-da deyil, üçüncü ölkələrdə və müxtəlif regionlarda da əməkdaşlıq edə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə