Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
Mayın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra YAP Xətai rayon təşkilatında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyət bildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Məhz Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı bütün təhlükələrdən və faciələrdən xilas etdi, bugünümüz üçün möhkəm təməl formalaşdırdı.
Rafiq Quluyev bildirib ki, müstəqilliyimizin bərpasının ilk illətində Azərbaycanın hansı problemlərlə və faciələrlə üz-üzə qaldığı məlumdur. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyimizi itirmək təhlükəsini yaşadıq. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Torpaqlarımızın işğalı xalqımızın sabaha ümidini itirirdi. Belə bir çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdışın ölkəmizin qarşısında hansı imkanları açdığını bugünkü reallığımızda aydın şəkildə görürük. Ümummilli Lider müstəqilliyimizi daimi və sarsılmaz etdi.
İcra Hakimiyyətinin başçısı onu da qeyd etdi ki, məhz bu möhkəm təməl üzərində ucalan müasir müstəqil Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. 2003-cü ildən dövlət başçısı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycan Bayrağı bu torpaqlarda ucaldıldı. 2023-cü ildə suverenliyimiz tam bərpa edildi. Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni mərhələ başladı.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında bildirib ki, xalqımız dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla yad edir. Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir, misilsiz xidmətləri təhlil olunur və bu fikir xüsusi vurğulanır ki, dahi şəxsiyyət Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. O, azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun hakimiyyətinin istər birinci, istərsə də ikinci dövründə azərbaycançılığın inkişafı və təbliği prioritet məsələlər sırasında idi. 1969-1982-ci illərdə milli ruhun yüksəlişini təmin etdi, xalqın yaddaşını özünə qaytardı, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratdı. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırış harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi oldu. Bildirildi ki, Vətən biridir, hamımız bu Vətən üçün çalışmalıyıq. Ulu Öndərin hər bir addımının, çağırışının əsasında xalq, dövlət, Vətən sevgisi dayanırdı. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı Vətən sevgisini ortaya qoymaqla yanaşı, hər bir azərbaycanılya Vətəni sevmək çağırışı idi. Böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər hər kəsə Vətəni sevməyi öyrətdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, illər keçdikcə Ümummilli Liderin xidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın görünür. 1993-cü ildən başlanan yol Azərbaycana hər bir sahədə davamlı uğurlar qazandırdı, ən yüksək zirvələri fəth etməsini təmin etdi və 2020-ci ildə tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tam bərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yol açan dahi şəxsiyyətin xilaskarlıq missiyası oldu. Ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. 2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi bugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin çıxışında Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrindən bəhs edib. Bildirib ki, görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə onunla işləmək xoşbəxtliyinə nail olmuşam. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxdı. Həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Ulu Öndərin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq.
Ümummilli Liderin təhsilin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi idi. Ümummilli Lider bu addımı ilə dəyərli təhsil ənənəsinin əsasını qoydu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra təhsilin prioritetliyi atılan addımların miqyasında özünü göstərdi. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün misilsiz işlər görüb.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahənin inkişafına yönələn addımları təhsil sisteminin göstəricilərində özünün aydın ifadəsini tapır. Heydər Əliyev Fondunun təhsilin inkişafına yönələn layihələri də təqdirəlayiqdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hazırda uğurla həyata keçirilir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləti İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqını müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçimlər etməyə geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır. Hər bir azərbaycanlı böyük qürur hissi ilə bildirir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasi kursun son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərdən Zəfərə aparır. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan Azərbaycanı daha da zənginləşdirəcəyik, yeni-yeni zəfərlərə doğru aparacağıq. Son 20 ilin uğurları hər bir vədin reallığa çevrildiyinin təsdiqidir.

Şəhid mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxışında qeyd edib ki, bu gün möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edən ölkəmiz yeni qələbələrə doğru inamla irəliləyir. Dünya Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq, Vətən sevgisinin bir daha şahidinə çevrildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar Lider” mövzusunda inşa yazı müsabiqəsinin, rayon gəncləri arasında baş tutan minifutbol və şahmat üzrə blitz turnirlərinin qalibləri və Dövlət İmtahan Mərkəzinin 3 mart 2024-cü il tarixində keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq ən yüksək nəticə göstərən 257 saylı tam orta məktəbin şagirdi Fidan Rüstəmli mükafatlandırılıb. Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



