“Ruslar hər gün, yavaş-yavaş, lakin uğurla irəliləyirlər...”

Təşəbbüs Rusiya tərəfindədir - Kiyev Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyətini etiraf edir...
“Ruslar hər gün, yavaş-yavaş, lakin uğurla irəliləyirlər...”

...Bu arada Vladimir Zelenski ölkənin silahlı qüvvələrinin “həqiqətən çətin vəziyyətə düşdüyünü” etiraf edib. Onun dediyinə görə, onlar Amerikanın hərbi yardımının gəlməsini gözləyərkən Rusiyanın intensiv hücumunu cilovlamaq mümkün olmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Associated Press yazıb.

...Rusiya Ukrayna Silahlı Qüvvələrinin sıralarında artilleriya və əsgər çatışmazlığından istifadə edərək döyüş meydanında üstünlük əldə etməyə çalışır. Hazırda onlar təşəbbüsü ələ keçiriblər.

Zelenski bunu da etiraf etsə də, lakin Amerikanın yeni yardımının vəziyyəti dəyişəcəyinə ümidini itirməyib.

...Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələrinin Ukraynanın şərqində hücumları martdan aprel ayına qədər 17 faiz artıb.

Ukrayna Baş Qərargahı bildirir ki, Rusiya ordusu gün ərzində 20-35 hücum həyata keçirir. Bütün bunların fonunda, xəbər agentliyinin qeyd etdiyi kimi, Ukrayna ordusu intensiv hərbi əməliyyatlar aparır, lakin möhkəmləndirilmiş müdafiə xətləri qurmaq ümidi ilə geri çəkilir.

Rusiya qüvvələrinin irəlilədiyi yerlərdən biri Pokrovsk şəhərinin ərazisi adlanır: yaxın vaxtlara qədər Pokrovsk cəbhə xəttindən iki saat uzaqda idi - indi bu məsafə bir saatdan azdır.

Hazırda Rusiyanın məqsədi Oçeretinonun təhlükəsizliyini təmin etmək və əsas Pokrovsk-Konstantinovka yoluna çatıb və bununla da Ukraynanın digər cəbhəyanı şəhərlərlə əsas əlaqə xəttini kəsməkdir.

Deyim ki, bunu Ukrayna kəşfiyyatı iddia edir.

...Ruslar hər gün, yavaş-yavaş, lakin uğurla irəliləyirlər.

Ukrayna Silahlı Qüvvələrinin Maryinka yaxınlığında yerləşən 148-ci artilleriya briqadasının üzvlərindən biri deyib bunu...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə