Həştərxanda dərhal öldürücü narkotik satan narkotik alverçisi saxlanılıb

Həştərxanda dərhal öldürücü narkotik satan narkotik alverçisi saxlanılıb

...Həştərxanda təhlükəsizlik qüvvələri metadon satan narkotik alverçisini saxlayıblar. Deyilənlərə görə, bu narkotıkdən istifadə edənlər elə də çox yaşamırlar. Bu, “məhsul” demək olar ki, dərhal insanı öldürür.

SİA Shot Telegram kanalına istinadən xəbər verir ki, narkotik alverçisinin “məhsulu” bu yaxınlarda şəhərdə 5 nəfəri öldürüb.

Maraqlıdır ki, Saxlanılan şəxsin 20 yaşı var.

O bildirib ki, guya messencer vasitəsilə ona göndərilən “tapşırıqları” yerinə yetirib.

Qeyd edək ki, ölənlərdən birinin üzərində 0,12 qram metadon tapılıb.

Qurbanlardan digərində tapılan metadonun çəkisi 0,23 qram olub. Belə görünür ki, o bu narkotikdən istifadə etməyə imkan tapmadığından sağ qalıb..?

Müstəntiqlər həbs edilənə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi açıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə