Moikada batan avtobusdan 8 nəfər xilas edilib...

Sərnişinləri olan avtobus Moikaya düşüb.

...Və bundan sonra su altında qalan sərnişin avtobusundakı səkkiz nəfərdən yeddisini xilas etmək mümkün olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Baza Telegram kanalı yayıb.

Beş nəfər xəstəxanaya yerləşdirilib.

Daha iki nəfəri yerindəcə süni nəfəs verməyə çalışıblar. Xilasedicilər və həkimlər işləyir.

Şəhər polis idarəsindən verilən məlumata görə, qəza zamanı avtobusda 20 nəfər olub.

Xilasetmə əməliyyatına şəxsən rəhbərlik edən Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov faciə yerinə gəlib.

SİA-nın əlavəsi: Moika Neva deltasının cənub hissəsindəki kanaldır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə