ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

400 milyon dollar dəyərində...

...Ağ Ev cümə günü Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun həcmi 400 milyon dollardır. SİA-nın əldə etdiyi məlumata görə, buraya silah və döyüş sursatları, eləcə də texnikanın saxlanması və Ukrayna hərbçilərinin təlimi üzrə xidmətlər daxildir.

Bu paketin bir hissəsi kimi Ukrayna HIMARS artilleriya sistemləri, onlar üçün raketlər və Norveçin NASAMS raket sistemləri, tank- zenit mərmiləri, həmçinin zirehli texnika almalıdır.

Çatdırılmalar mövcud ehtiyatlardan birbaşa Amerika anbarlarından həyata keçiriləcək.

Onlar Konqresdən keçmədən prezident fərmanından dərhal sonra göndərməyə başlamağa imkan verən PDA proseduruna tabe olacaqlar.

Qeyd edək ki, Prezident Bayden aprelin sonunda 60 milyard dollardan çox yardım qanunu imzaladıqdan sonra bu, Ukraynaya hərbi yardımın üçüncü tranşıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə