Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. SİA xəbər verir ki, geosiyasi əhəmiyyəti olan ərazi ABŞ-nin Nyu-York şəhərinin mədəniyyət və ticarət mərkəzi sayılan Manhetten ölçüsündədir.

Məlumata görə, bu qərar iqlim dəyişikliyi - arxipelaq ərazisində buzlaqların əriməsi ilə əlaqədar qəbul edilib.

Buranın Şpitsbergendə sonuncu şəxsi torpaq sahəsi olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə