Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb

Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatda Rusiya ordusunun Ukraynada həyata keçirdiyi əməliyyatla bağlı məlumat verilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ukraynanın mayın 5-10-da Rusiyanın energetika və sənaye obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab olaraq Rusiya ordusunun dənizdən və havadan buraxılan uzunmənzilli yüksək dəqiqlikli raketlər, “Kinjal” hipersəs raket sistemləri və pilotsuz uçuş aparatları ilə hücumlar törətdiyi bildirilib. Bəyanatda hücum zamanı Ukraynanın enerji obyektlərinin, hərbi sənaye müəssisələrinin və dəmir yolu infrastrukturunun hədəf alındığı bildirilib.
Bəyanatda həmçinin vurğulanıb ki, hücumlar nəticəsində Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, arsenallarına, yanacaq anbarlarına, xarici muzdlu döyüşçülərin və hərbçilərin müvəqqəti yerləşdiyi məntəqələrə ağır zərbələr endirilib.
Bəyanatda Rusiya hərbçilərinin son dövrdə keçirdiyi əməliyyatla bağlı da məlumat verilib. Məlumata əsasən, Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə