Cənubi Afrika Respublikasında (CAR) tikilməkdə olan binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb. SİA xəbər verir ki, bu barədə hökumət sözçüsü Anton Bredel bildirib. Qeyd olunub ki, son sutka ərzində dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə 40 nəfər xilas edilib, 39 nəfər isə itkin düşmüş hesab olunur.
Xatırladaq ki, mayın 6-da ölkənin cənub sahilində yerləşən Corc şəhərində tikilməkdə olan bina çöküb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB