Ukrayna ehtiyat ordusunu Xarkov vilayətinə köçürür...

...Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissələri Xarkov vilayətindəki Volçanskoye istiqamətinə keçirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

...Xarkov vilayətində müdafiəni gücləndirmək üçün ehtiyat hissələri Volçansk istiqamətinə göndərilib.

Bu barədə departament Telegram-da yazır.

Amma göndərilənlərin sayı və tərkibi göstərilmir.

...Bundan əvvəl Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev təmas xəttinin bir neçə hissəsində döyüşlərin getdiyini bildirib.

...Və yeri gəlmişkən, mayın 9-da Ukrayna ordusu Xerson vilayətində Dnepr çayının sol sahilində məskunlaşan ərazilərə 38 artilleriya zərbəsi endirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə