SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti Nepal Turizm İdarəsinə istinadən xəbər verir ki, Nepalda daşqınlardan sonra xilas edilən 31 xarici turist arasında iki rusiyalı da var.
Sağ qalanlar arasında ABŞ, İtaliya, Cənubi Koreya, Hindistan, Bolqarıstan və İsveçrə vətəndaşları da olub.
Daha əvvəl güclü daşqın sularının gəlməsindən bir neçə saniyə əvvəl bir rusiyalı qadın Nepaldan çıxıb Çin sərhədini keçməyi bacarmışdı.
Daşqından əvvəl o, nəzarət məntəqəsini keçən sonunculardan biri idi.
Nepalda daşqınlar 26 avqustda başlayıb. Daşqın suları Tibetdən gəlib.
Ölənlərin sayının 162-yə çatdığı bildirilir. İtkin düşənlərin sayı 579-a çatıb, onlardan 400-dən çoxu əcnəbidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB