Türkiyə Respublikasının Tbilisidəki səfiri Mustafa Türker Arı Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji münasibətlər və əməkdaşlıq gündəliyindəki məsələlər müzakirə olunub. Parlamentlər səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin və səfərlər mübadiləsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Tərəflər regional əməkdaşlığın uğurlu nümunələrindən biri kimi üç ölkənin parlamentlərinin Xarici əlaqələr komitələri arasında fəaliyyət göstərən üçtərəfli formatın əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı Qara dəniz regionunda təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi, eləcə də Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət də daxil olmaqla regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB