Medvedev Ermənistan və Moldovanı təhdid etməyə başladı..?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini “Ukrayna yolu”nun təkrarlandığını elan etdi...
Medvedev Ermənistan və Moldovanı təhdid etməyə başladı..?

...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Moldova və Ermənistan Ukrayna ilə eyni yolu tutur.

...Gürcüstanla da belə oldu, 2014-cü ildə rusofobiyanın mərkəzinə çevrilən Ukrayna ilə də belə oldu. Təəssüf ki, indi Moldova ilə və hətta təəssüf ki, Ermənistanla da baş verənlər budur, - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında münasibətlər sonuncunun Avropa ilə yaxınlaşma kursu səbəbindən pisləşib.

Daha əvvəl "Ukrayna, Avropa və Qlobal Təhlükəsizlik" məqaləsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov qeyd etmişdi ki, Avropa "genişlənmə arzusundadır" və artıq Ukrayna və Moldovanı "məxsuslaşdırmaq niyyətindədir", Ermənistanı da öz orbitinə çəkir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə