Bu ölkə Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək

Bu ölkə Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək

Ukraynanın müdafiə naziri Mixail Fyodorov teleqram kanalında mühüm açıqlama ilə çıxış edib. Ukraynalı nazir bəyan edib ki, Danimarka cəbhənin aktual ehtiyaclarına uyğun olaraq hərbi yardım formatına yenidən baxıldıqdan sonra Ukraynaya əlavə 15 min uzaqmənzilli artilleriya sursatı verəcək.

O bildirib ki, Ukrayna tərəfi Danimarkaya əvvəlcədən planlaşdırılmış yardımın bir hissəsini yenidən nəzərdən keçirməyi və onu qısamənzilli artilleriyanı uzaqmənzilli sistemlərə dəyişməyi təklif edib. M.Fyodorovun sözlərinə görə, Danimarka bu sorğuya operativ reaksiya verib və qeyd olunan sursatların bir hissəsi artıq Ukraynaya daxil olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə