Z-yazıçısı Zaxar Prilepin "SVO"-nu tamamilə uğursuz elan etdi...

Təbliğatçı böyük itkilər olduğunu da gizlətmədi...
Z-yazıçısı Zaxar Prilepin "SVO"-nu tamamilə uğursuz elan etdi...

...Rus yazıçısı və müharibə tərəfdarı Zaxar Prilepin Rusiya mediasına verdiyi müsahibədə Ukraynadakı cəbhə xəttində Rusiya qoşunlarının üzləşdiyi ciddi problemlərdən danışıb. SİA-nın əldə etdiyi məlumata görə, jurnalist Denis Kazanski onun fikirlərinə diqqət çəkərək, onları YouTube kanalında təhlil edib.

Prilepinin sözlərinə görə, Rusiya bölmələri Ukrayna dronlarının aktiv istifadəsi səbəbindən ciddi itkilər verir. O, hərbi texnikanın müntəzəm olaraq hədəfə alındığını və bir çox marşrutlar üzrə hərəkətin son dərəcə riskli hala gəldiyini qeyd edib.

...Cəmi son bir ay yarım ərzində hətta ən tanış yollar, məsələn, Qorlivkadan keçən Luqansk-Donetsk və həmişə az-çox təhlükəsiz olan bir sıra digər yollar indi yanmış nəqliyyat vasitələri ilə dolub, - deyə o bildirib.

Prilepin həmçinin bildirib ki, "bölməsindəki demək olar ki, hər üçüncü şəxs həlak olub və ya yaralanıb".

O əlavə edib ki, yüksək itkilər və dron hücumları təhlükəsi səbəbindən sürücülər getdikcə işğal olunmuş ərazilərə getməkdən imtina edirlər. O, həmçinin Rusiya ordusunun Ukraynanın tammiqyaslı işğalının əvvəlində qoyulmuş məqsədlərə çata bilmədiyini etiraf edib.

Prilepin qeyd etdi ki, Moskva sürətli hərbi kampaniyaya ümid edirdi, lakin bu gözləntilər özünü doğrultmadı. "Gözlədiyimiz kimi bir həftəmiz var idi, bir həftə yarımımız var idi. Vəssalam. Və sonra baş verənlər baş verdi. Bu mərhələdə qurduğumuz Rusiya bu müharibədə qalib gələ bilməz", - deyə o bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə