...Kremlin siyasətini və şəxsən Putini tənqid edən videolar Rusiya internetində getdikcə daha çox görünür. Belə müraciətlərdən biri, bir rus qadının Ukraynadakı müharibəyə və Rusiya hakimiyyətinin hərəkətlərinə qarşı açıq şəkildə çıxış etməsindən sonra sosial mediada fəal şəkildə müzakirə olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dialog qeyd edir.
Dərc olunmuş videoda qadın hərbi əməliyyatları dəstəkləmədiyini və bunun bir çox rus ailəsi üçün ağır nəticələrə səbəb olduğunu bildirir.
Onun sözlərinə görə, ruslar cəbhədə ərlərini, atalarını və oğullarını itirirlər və müharibənin özü adi vətəndaşların maraqlarına xidmət etmir.
Müraciətində o, həmçinin Rusiya rəhbərliyini korrupsiyada, ölkənin dağılmasında və insan itkisində ittiham edib. ...Xalqımız sizə hörmət etmir. Siz oğru və qatilsiniz. Hamı sizə nifrət edir. Siz bütün ölkəmizi məhv etmisiniz. Heç kim bizə hücum etməyib. Bizə müharibə lazım deyil, başqasının torpağı lazım deyil. Öz dəstənizi götürün və çıxın!,- deyə o bildirir.
Qeyd etdiyimiz kimi, video sosial mediada geniş reaksiyaya səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB