Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin sözlərinə görə, iyun ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində hər həftə 250-dən çox mülki şəxs xəsarət alıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, O bildirib ki, 2022-ci ilin fevral ayından 2025-ci il iyunun 21-dək olan dövrdə Ukrayna hərbi birləşmələrinin fəaliyyəti nəticəsində ümumilikdə ən azı 30 500 mülki şəxs zərər çəkib. Onlardan 8 378 nəfər həlak olub, 22 122 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Miroşnik qeyd edib ki, son bir ay ərzində həftəlik mülki itkilərin sayı 254-291 nəfər arasında dəyişib. Bu dövrdə hər həftə 30-50 mülki şəxsin həyatını itirdiyi bildirilir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB