Almaniya Belarusla sərhədə qoşun yeridib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya NATO-nun şərq cinahını qorumaq üçün Belarusla sərhədə təxminən 5000 əsgər yerləşdirib.
Artıq 1800 alman əsgəri Litvadadır və Belarus sərhədindən 20 kilometr aralıda təlimlər keçirir. 2027-ci ilin sonuna qədər Litvada iki alman batalyonunun daimi olaraq yerləşdirilməsi planlaşdırılır.
"Güman etmək olar ki, Almaniya və Litva yenidən yerləşdirməni mütləq 2027-ci ilin sonuna qədər, bəlkə də daha tez başa çatdıracaq və briqada tam təchiz olunub yerləşdirilməyə hazır olacaq", - deyə Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.
Onun sözlərinə görə, alman qoşunlarının ölkəyə yerləşdirilməsi qrafikdən əvvəldir. Kaunas qeyd edib ki, briqada NATO-nun şərq cinahı, Litvanın təhlükəsizliyi və bütün ittifaq üçün "son dərəcə vacibdir".
Lakin Bundesver briqadaya zorla əsgər cəlb etmək ehtimalını istisna etmədiyini qeyd edib. General-leytenant Kristian Freydinq vurğulayıb ki, Almaniya ordusunun əsas məqsədi 2027-ci ilə qədər "Litva Briqadasının tam əməliyyat hazırlığına nail olmaq"dır. Bu məqsədlə almanlar "könüllü xidmət prinsipinə riayət etmək" və zəruri hallarda onu "məcburi tədbirlərlə" tamamlamaq niyyətindədirlər.
2023-cü ilin sonlarında Litva və Almaniya müdafiə nazirləri 2027-ci ilə qədər Alman briqadasının Baltikyanı ölkəyə yerləşdirilməsi barədə razılığa gəliblər. 2025-ci ilin may ayında media Almaniyanın Litvaya qoşun göndərdiyini bildirib. "Der Spiegel" Almaniyanın Litvada xidmət üçün könüllülərinin çatışmadığını bildirib.
Fevral ayında Bundestaq Müdafiə Komitəsinin sədri Tomas Röwekamp qeyd edib ki, əgər Alman ordusunda Litvada xidmət üçün könüllülər çatışmazsa, briqada güclə doldurula bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB