Təlim zamanı bir erməni hərbçisi yaralanıb

Təlim zamanı bir erməni hərbçisi yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin Lori əyalətindəki Pambak Dağ Təlim Mərkəzində təlim zamanı bir erməni hərbçisi yaralanıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Sputnik Armenia-ya bildirib ki, hərbçi əməliyyat olunub və tibbi müşahidə altındadır və təhlükədə deyil.

Müdafiə Nazirliyi aydınlıq gətirib: "Müvafiq qanunlar (şəxsi məlumatların qorunması və tibbi məxfilik haqqında) buna icazə vermədiyi üçün hərbçinin sağlamlığı və ya digər şəxsi məlumatları barədə məlumatları açıqlaya bilmərik".

Armlur bildirir ki, əsgər bir ayağını itirib. Yaralı şəxs paytaxtdakı Nubaraşen hərbi hissəsində xidmət edir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə