Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı danışıqlarda irəliləyiş yalnız ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Alyaskanın Ankoric şəhərində keçirilən görüşündə razılaşdırılmış mövqelərə əməl olunacağı təqdirdə mümkün ola bilər.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, Ankoricdə əldə olunmuş razılaşmalar nizamlanma prosesinin əsasını təşkil edir.“Ankoricdə əldə olunan bu anlaşmalar əsas xarakter daşıyır və məhz onlar nizamlanma prosesini irəli aparmağa, danışıqlarda dönüş yaratmağa imkan verə bilər”, – deyə o bildirib.
Bu razılaşmaların hazırkı vəziyyəti ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, “iş davam edir”. Bununla yanaşı, o, “Ankoric ruhu”nun konkret nədən ibarət olduğunu açıqlamayıb və Kremlin əvvəlki kimi hesab etdiyini vurğulayıb ki, münaqişənin həlli ilə bağlı bütün danışıqlar qapalı formatda aparılmalıdır. O həmçinin bildirib ki, bu anlaşmalar Ankoricdə yüksək səviyyəli görüşdən əvvəl də səsləndirilmişdi.
Peskov bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın Ukrayna ilə bağlı irəli sürdüyü təkliflərə hazır olmadığı barədə bəyanatından sonra verib. Lavrov daha əvvəl bildirmişdi ki, ABŞ artıq Ankoricdə irəli sürdüyü iddia olunan təşəbbüslər üzrə addım atmağa hazır deyil.
Nazirin sözlərinə görə, həmin təkliflər qəbul edilsəydi, Ukrayna məsələsinin həlli və daha geniş, qarşılıqlı faydalı əməkdaşlığa keçid mümkün olardı. Lakin o iddia edib ki, hazırda vəziyyət əks istiqamətdə inkişaf edir: yeni sanksiyalar tətbiq olunur, açıq dənizdə tankerlərə qarşı tədbirlər görülür və bu addımlar BMT-nin Dəniz Hüququ Konvensiyasının pozulması kimi qiymətləndirilir.
Bundan əvvəl Moskvada bildirilib ki, Ukraynada müharibənin başa çatdırılması ilə bağlı sülh sazişinin hazırlanması, danışıqlar müsbət məcrada getsə belə, ən azı bir yarım ay vaxt tələb edə bilər.
Eyni zamanda, Kiyev tərəfi sonuncu dəfə Əbu-Dabidə keçirilən danışıqlarda atəşkəsin tətbiqi və hərbi əməliyyatların dayandırılmasına nəzarət mexanizmlərinin müzakirə olunduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB