Rusiya büdcəni balanslaşdırmaq üçün neftin barrelini 100 dollara satmalıdır...

...Amma yanvar ayında Urals markalı xam neft xaricdə orta hesabla 35-38 dollara satılıb

...Alfa Bank analitiklərinin fikrincə, hökumətin bütün xərclərini gəlirlə ödəməsinə və balanslaşdırılmış büdcəyə nail olmasına imkan verəcək neftin qiyməti 2025-ci ilin sonuna qədər barel üçün 93 dollar təşkil edib.

2024-cü illə müqayisədə büdcənin balanslaşdırma qiyməti 4 dollar, 2023-cü illə müqayisədə 7 dollar və müharibədən əvvəlki 2021-ci il səviyyəsi ilə müqayisədə 21 dollar artıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Moscow Times bildirir.

Nəticədə, bu göstərici 2010-cu illərin əvvəllərindəki rekord səviyyələrə yaxınlaşıb, o zaman büdcənin balanslaşdırmağa barel üçün təxminən 100 dollar və ya daha çox qiymət tələb edilirdi...

2010-cu illərin sonlarında hökumət neftin barel üçün 49 dollarla dolanırdı.

Alfa Bank analitikləri yazırlar ki, balanslaşdırma qiymətinin hazırkı səviyyələri büdcənin "neft qiymətlərinə yüksək həssas qaldığını" göstərir.

Müqayisə üçün, 2000-ci illərin əvvəllərində toplanan bütün vergilərdən bütün xərcləri ödəməyə büdcənin barel üçün cəmi 18-25 dollara ehtiyacı var idi.

Rusiya Maliyyə Nazirliyi 2026-cı il büdcəsi üçün Urals neftinin orta qiymətini 59 dollar və 3,8 trilyon rubl kəsir proqnozlaşdırmışdı.

Ötən ilin sonuna qədər büdcə kəsiri 5,7 trilyon rubla, nisbi olaraq isə ÜDM-in 2,6 faizinə çatdı ki, bu da 2020-ci ildən bəri rekord göstəricidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə