Ötən il Türkiyədə satılan daşınmaz əmlakların sayı əvvəlki ilə nisbətən 8,7 faiz artaraq 3,3 milyonla rekord həddə çatıb. SİA xəbər verir ki, Türkiyənin Torpaq Qeydiyyatı və Kadastr Baş İdarəsinin (TKGM) məlumatlarına görə, ölkə üzrə ən çox satış
458 min 757 rəqəmi ilə dekabr ayında qeydə alınıb. Bütün dövrlərin aylıq satış rekordunun qırıldığı dekabr ayında bu sahədə illik təxminən 16,1 faiz artım müşahidə olunub.
Həmin dövrdə torpaq qeydiyyatı idarələrində ümumilikdə 20 milyon 618 min 149 əməliyyat aparılıb. Bu əməliyyatlardan əldə edilən rüsum gəliri isə 74,9 faiz artaraq 168 milyard 146 milyon 103 min lirəyə yüksəlib. Bunun 160,7 milyard lirəsi satış əməliyyatlarından əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB