14 yaşlı qız 5000 avro, beş şüşə viski və yeməyə satılıb...

...İspaniya polisi insan alveri və yetkinlik yaşına çatmayan uşağı evləndirməyə məcbur etməkdə şübhəli bilinən beş nəfəri həbs edib.

SİA xəbər verir ki, "Daily Star" qəzetinin verdiyi məlumata görə, 14 yaşlı qızın valideynləri onu 5000 avro, viski və yemək müqabilində bəyin ailəsinə satıblar.

İstintaq yeniyetmənin Kataloniyanın qərbindəki bir supermarketin yaxınlığında bir neçə dəfə dilənçilik etdiyi görüldükdən sonra başlayıb.

Qəzetin məlumatına görə, qaraçı ənənəsinə uyğun olaraq, valideynlər qızlarını başqa bir ailəyə təhvil veriblər.

Ailə onun məktəbə getməsini qadağan edib, kilsə xidmətlərindən qazancını götürüb və onu 20 yaşlı oğullarının toyuna hazırlayıb. Gəlinlik haqqı 5000 avro, beş şüşə viski və yeməklə birlikdə olub.

Polis qızın hər ikisi 35 yaşlı valideynlərini tapıb və onları saxlayıb.

42 və 40 yaşlı qayınatalar da yeniyetməni evləndirməyi planlaşdırdıqları oğulla birlikdə həbs ediliblər.

Məhkəmə üç təqsirləndirilən şəxsin zərərçəkmişlə əlaqə saxlamaması barədə qərar verib.

Şübhəlilər istintaqa qədər sərbəst buraxılıblar. Bu vaxt qız hadisəni cinayət hesab etmədiyi üçün qohumlarının yanına qayıtdı.

...Bənzər bir hadisə əvvəllər Tümen bölgəsində də baş vermişdi: qohumları 13 yaşlı qızın qaçırıldığını və qızın 15 yaşlı nişanlısı tərəfindən aparıldığını bildirmişdilər. Polis avtomobili qızın evindən 1600 kilometr aralıda saxlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə