...SİA-nın məlumatına görə, “Politico” yazır ki, Almaniya kansleri Fridrix Merz Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşdığını və atəşkəsin Kiyevin təslim olması anlamına gəlməməli olduğunu vurğulayıb.
...Mən hazırlaşıram ki, bu müharibə uzun müddət davam edə bilər. Diplomatiya "bir keçid" deyil, uzun bir prosesdir.
Bunu deyən Merz ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünün nəticə verəcəyinə şübhə etdiyini bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Vaşinqton münaqişənin həlli üçün Avropa ilə əməkdaşlığı davam etdirməlidir. Mümkün razılaşmadan sonra Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı sualı cavablandıran kansler deyib ki, prioritet Ukrayna ordusunun gücləndirilməsi olaraq qalır: “Biz onun uzunmüddətli perspektivdə ölkəni müdafiə etmək qabiliyyətini təmin etməliyik”.
Almaniyanın sülhməramlı missiyada mümkün iştirakına gəlincə, Merz qeyd edib ki, hər hansı bir qoşun yeridilməsi Bundestaqın təsdiqini tələb edir, lakin bu addımı dəstəkləyib-dəstələmədiyini açıqlamayıb.
Merz həmçinin NATO-nun sağ qalmasını Berlinin borc qaydalarını müdafiə investisiyalarının xeyrinə dəyişmək qərarı ilə əlaqələndirib.
...Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniyaya müdafiəyə 3,5 faiz üstəgəl infrastruktura 1,5 faiz xərcləməyə icazə verməsəydik, NATO yəqin ki, iyunda dağılacaqdı, - deyə o, məsələnin alyansın Haaqa sammitində müzakirə edildiyini xatırladıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə