Sanksiyalar Rusiya dəmir yollarına təzyiq göstərir..?

İşçilər böhranla əlaqədar olaraq “məzuniyyət”ə getməyə məcbur edilirlər...

Rusiyanın dəmir yolu inhisarçısı “Rusiya Dəmir Yolları” bir neçə aydır ki, mərkəzi aparatın və regional idarələrin işçilərini ayda iki ödənişsiz “məzuniyyət”ə çıxmağa məcbur edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Deməli, təşkiltın qeyd etdiyi kimi, bu təcrübə ən azı ilin sonuna qədər davam edəcək.

Formal olaraq şirkət ixtisarlardan yayınıb, amma əslində bu, kəskin maliyyə qeyri-sabitliyi fonunda kadr xərclərinin gizli azalmasıdır.

Rusiya Dəmir Yolları mənfəətini itirir, daşımaların həcmi isə azalır. Bu, fərdi bir şirkətin problemi deyil, Rusiyada biznes fəaliyyətinin sistemli şəkildə pisləşməsinin bir əlamətidir: müəssisələr istehsalı azaldır, logistikadan imtina edir və yaşamaq üçün vacib olmayan hər şeyə qənaət edir.

Rusiya Dəmir Yolları ətrafındakı vəziyyət Rusiya iqtisadiyyatının müharibə şəraitində dərin dəyişikliklərinin başqa bir göstəricisidir.

Sanksiyalar, beynəlxalq bazarların itirilməsi, resursların cəbhəyə səfərbər olunması hətta strateji dövlət korporasiyalarında da sabitliyi pozur.

Müharibə təkcə cəbhədə deyil, həm də Rusiya iqtisadiyyatını daxildən yeyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə