Rusiya təbliğatı Şimali Koreya ilə bağlı “sterotipləri dağıtmaq” işinə fəal qoşulub. Moskvadan Pxenyana birbaşa reys açıldıqdan sonra Şimali Koreyaya səfər edən rusiyalı turistlərin hekayələrinə istinadən “The Moscow Times” yazır ki, onlar yerli aviaşirkətlərin təyyarələrində burger yedizdiriblər, onun reseptini Şimali Koreya lideri Kim Çen In hazırlayıb.
...Stüardessalar dedilər ki, ulu öndər kotletlə bulka birləşdirib, xalqı ləzzətli yeməklərlə mükafatlandırıb.
SİA-nın məlumatına görə, bunu səyahətçilərdən biri bildirib. Digər turistlər qeyd edirlər ki, hakimiyyətin adi burgerləri təkcə fast food deyil, bir növ “milli miqyasda nailiyyət” kimi təqdim etməsi ümumi yanaşmadır.
Bununla da gündəlik həyatda, nəqliyyatda, təbliğatda, iaşə müəssisələrinin menyusunda nəzərə çarpan lider şəxsiyyət kultu güclənir.
...Hətta liderin şəkli olan qəzet yanımdakı oturacaqda stüardessa tərəfindən səliqə ilə hamarlandı.
Şimali Koreyaya səyahət etmək qərarına gələn ruslar deyirlər ki, burada turların qiyməti Türkiyədəki tətil qiymətləri ilə müqayisə olunur.
Xüsusilə, söhbət bu yaxınlarda xüsusi olaraq rusiyalı qonaqlar üçün açılmış 20 min turist üçün nəzərdə tutulmuş Wonsan-Kalma kurortundan gedir.
Şimali Koreyanın “Vostok-İntur” turoperatoru tərəfindən təklif olunan oraya yeddi günlük turun adambaşına 1400 dollar və 35 min rus rublu başa gələcək.
Travelata xidmətinə görə, Türkiyədə birinci sırada yerləşən beşulduzlu otelə eyni müddətə səyahət müqayisə edilə bilən pula başa gələcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə