“50 min qaçqın rejimin devrilməsinə kömək etməyə hazırdır”..?

Ölkə daxilindəki reaksiya “ürəkləndirici”dir...

...İranın son şahının oğlu, sürgündə olan İran şahzadəsi Rza Pəhləvi Tehrandakı rejimlə əlaqəsi olan 50 mindən çox məmur, hərbçi və kəşfiyyatçının ayətullahların zülmünü devirməyə hazır olduğunu bildirib.

SİA xəbər verir ki, o, bu barədə “Politico”ya müsahibəsində danışıb.

Pəhləvi deyib ki, onun komandası İranın hərbi, kəşfiyyat xidmətləri və hərbiləşdirilmiş strukturlarının əsas elementləri ilə birbaşa əlaqələr qurmaq üzərində işləyir. O, məlumatların hələ də yoxlanılmasına ehtiyac olduğunu, lakin ölkə daxilində reaksiyanın "görünən və ümidverici" olduğunu açıqlayıb.

Şənbə günü Münhendə Pəhləvi 500-ə yaxın müxalifət fəalını, sənətçini və idmançını bir araya gətirəcək "Milli Əməkdaşlıq Konvensiyası" adlı böyük konfrans təşkil edir.

O, bunu 1979-cu ildən bəri rejim əleyhdarlarının ölkə hüdudlarından kənarda ən təmsilçi görüşlərindən biri adlandırır.

Konfransın məqsədi İran müxalifətinin birliyini gücləndirmək və İran daxilində vətəndaşlara müqavimətin koordinasiya və dəstəyə malik olduğunu göstərməkdir.

Hətta İran qeyri-qanuni idxal edilən Starlink terminallarından istifadə edərək onlayn yayımı izləyə biləcək.

İştirakçılar üç əsas prinsipi dəstəkləyirlər: İranın ərazi bütövlüyünün qorunması, fərdi azadlıqların və vətəndaşların bərabərliyinin qorunması və dinin dövlətdən ayrılması...

Pəhləvi Tehranla nüvə müzakirələrinə inanmadığını bildirərək, bunu ABŞ və İsrailin iyun ayında İranın hərbi obyektlərinə endirdiyi zərbələrdən sonra vaxt qazanmaq cəhdi adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə