Tramp Mask və Mamdanini ABŞ vətəndaşlığından məhrum edə bilərmi?

...Sərt immiqrasiya ritorikası ilə tanınan ABŞ prezidenti Donald Tramp milyarder İlon Mask və Nyu-York siyasətçisi Zöhran Mamdani kimi vətəndaşlığa qəbul edilmiş ABŞ vətəndaşlarını deportasiya edə biləcəyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TIME jurnalı yazır.

2002-ci ildən bəri ABŞ vətəndaşı olan Maskın mümkün deportasiyası ilə bağlı suala Tramp deyib ki, “...biz buna baxacağıq”.

Həmin gün o, 2018-ci ildə vətəndaşlıq almış Uqandalı Mamdaninin vətəndaşlığını şübhə altına alıb və onun ölkədə qeyri-qanuni ola biləcəyini deyib.

Mamdani sərt cavab verib ki, ...prezident məni həbs etməklə, vətəndaşlığımdan məhrum etməklə və deportasiya etməklə hədələyir - qanunu pozduğum üçün deyil. Hüquqi baxımdan ABŞ vətəndaşlarının deportasiyası mümkün deyil. Bununla belə, Tramp administrasiyası denaturalizasiya mexanizmindən - saxtakarlıq və ya faktların gizlədilməsi yolu ilə əldə edildiyi təqdirdə məhkəmələr vasitəsilə vətəndaşlıqdan məhrumetmə mexanizmindən fəal şəkildə istifadə edir. Bu, yalnız vətəndaşlığa qəbul edilmiş vətəndaşlara aiddir və ciddi sübut tələb edir.

Bunlar nadir hallardır; 2020-ci ildə ABŞ Ədliyyə Nazirliyi xüsusi denaturalizasiya bölməsi yaratdı. 2024-cü ildə Tramp yenidən “milli təhlükəsizliyə təhdidlər” səbəbiylə vətəndaşlığı ləğv etməyə çalışacağını söylədi.

Hüquqşünaslar Trampın bəyanatlarının siyasi hədə-qorxu olduğunu deyirlər.

Hüquq professoru Maykl Kaqan deyir ki, “Bu heç bir hüquqi əsası olmayan ritorikadır”.

Mamdani və Musk denaturalizasiya olunsa belə, onlar ABŞ-ın daimi sakinləri olaraq qalacaqlar (yaşıl kartlar) və deportasiyaya məruz qalmayacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə