...Qlobal istiləşmə Avropada hava şəraitinə getdikcə əhəmiyyətli dərəcədə təsir edir və bəzi ölkələrdə yay ayları həqiqətən dözülməz olur.
SİA-nın məlumatına görə, Olive Press xüsusilə İspaniyadakı hava problemlərindən yazır.
Belə ki, ispan meteoroloq Mario Pikazo xəbərdarlıq edir ki, yaxın günlərdə Barselonada havanın temperaturu kölgədə 50 dərəcə Selsiyə çata bilər.
...Bu, Barselona şəhərinin digər nəticələrlə yanaşı, elektrik enerjisinin kəsilməsinə, şəhər hərəkətliliyinin pozulmasına və ya dərmanlara çıxışın məhdudlaşdırılmasına səbəb ola biləcək həddindən artıq isti vəziyyətlərini qabaqcadan görməyə çalışdığı ssenaridir.
Mütəxəssis qeyd edib ki, istilər xüsusilə şəhər mühitində nəzərəçarpacaq dərəcədə güclənir.
Bu fenomen şəhər istilik adaları kimi tanınır.
...Küçələrdə və yollarda asfalt örtüyü binalarla birlikdə istiliyi saxlayır və isti hava kütlələrinin gəlməsi ilə əlaqədar onsuz da yüksək temperatura bir neçə dərəcə əlavə edir ki, bu da yayda adi haldır.
Pikazo Barselonada və digər Aralıq dənizi şəhərlərində yayların "gedərək daha isti və havasız" olmasını qismən dəniz temperaturunun artması ilə əlaqələndirir ki, bu da öz növbəsində rütubətin artmasına səbəb olur. Və rütubətli havada, bildiyimiz kimi, istiyə dözmək daha çətindir. Bunu nəzərə alaraq, Barselona Şəhər Şurası 2035-ci ilə qədər büdcəsi 11,6 milyon avro olan “İstilik planı” hazırlayır.
Plan həddən artıq qızmış dənizkənarı şəhərin ehtiyaclarını ödəmək üçün “iqlim sığınacaqlarının” sayının artırılmasını nəzərdə tutur.
...Məqsəd bu təcrübədən yaradılmış və ya əldə edilən hər şeyi tədricən həyata keçirməkdir. Şəhər getdikcə daha uzun müddət davam edən həddindən artıq isti dalğaları yaşayır. Pikazo bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə