Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya həbsxanalarından buraxılan məhkumlar əsir mübadiləsindən sonra vətənə qayıdarsa, Rusiya cəmiyyəti üçün ciddi təhlükə yarada bilər.
SİA-nın məlumatına görə, Daily Express yazır ki, bunu Putinyönlü şərhçi Nadana Fridrixson deyib.
X sosial şəbəkəsində yayımlanan videoda o, ritorik sual verib: “Biz, Rusiya, mübadilə çərçivəsində Ukrayna tərəfindən əsir götürülən sağ qalan məhbusları geri almalıyıqmı?”
Onun sözlərinə görə, artıq bir sıra rayonlarda müharibə veteranlarının geri qayıdıb qonşularına, qohumlarına terror törətməsi halları baş verib.
…Onlar deyirlər ki, mən sizin üçün döyüşdüm və xaosa səbəb olmağa başlayırlar.
…Fridrixson əlavə edib ki, onları əsirlikdən çıxarsaq, Rusiyada cəhənnəmi yarada bilərlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə