...Beynəlxalq alimlər qrupu hesablayıb ki, planetin ən varlı adamları qlobal istiləşməyə digərlərindən daha çox “töhfə” verirlər.
SİA-nın məlumatına görə, tədqiqat Nature Climate Change jurnalında dərc olunub. Araşdırmanın aparıcı müəllifi, ETH Zurich-dən Sara Şönqart maliyyə rifahı ilə karbon izi arasında əlaqə tapıb.
O hesablayıb ki, dünyanın ən zəngin 1 faizi qlobal istiləşməyə qlobal orta göstəricidən 26 dəfə çox töhfə verib. ...Ətraf mühiti çirkləndirən zəngin ölkələr ekstremal iqlim hadisələrinin baş verməsində mühüm rol oynayır.
Bunu mütəxəssis vurğulayıb.
Həmmüəllif Karl-Fridrix Şleussner də yaxınlaşan ekoloji fəlakətdə məsuliyyətsiz insanları günahlandırıb. O qeyd edib ki, əgər cəmiyyətin ən zəngin hissəsi öz karbon izini idarə etsəydi, o zaman qlobal ekologiya ilə hər şey yaxşı olardı.
...Bu, akademik müzakirə deyil - biz bu gün iqlim böhranının real nəticələrindən danışırıq.
Bunu Şleussner bildirib.
Alimlər belə qənaətə gəliblər ki, atmosferə faktiki emissiyalara görə məsuliyyəti yenidən bölüşdürmək və inkişaf etmiş ölkələri karbon izlərini azaltmağa səy göstərməyə məcbur etmək lazımdır.
...Aprelin sonunda məlum olub ki, Himalay dağlarında son 23 ildə ən az qar qeydə alınıb. Bu, iki milyarda yaxın insanın su təchizatını təhdid edə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə