Alimlər qarışqalarla mübarizə üçün donqar milçəklərdən istifadə etməyi təklif edirlər Yeni milçək növü həşərat zərərvericilərinə qarşı bioloji silah rolunu oynayır.
SİA-nın məlumatına görə, Rusiya alimləri yeni kütləvi qırğın silahından danışıblar.
Söhbət donqar milçəklərin yeni növündən gedir.
Belə ki, Rostov alimləri zərərverici qarışqaların tədqiqi zamanı onların bəzilərinin donqar milçək sürfələri ilə yoluxduğunu aşkar ediblər.
“Zoosystematica Rossica” xəbər verir ki, bu, tədqiqatçıları milçəklərin kənd təsərrüfatı torpaqları üçün təhlükə yaradan qarışqalara qarşı istifadə oluna biləcəyi fikrinə gətirib çıxarıb. Zərərvericilərin koloniyalarını milçək sürfələri ilə yoluxduraraq, qarışqaların sayını azalda bilərsiniz. Rostov alimləri əmindirlər ki, bu, həşərat zərərvericilərinə qarşı bir növ bioloji silah ola bilər.
Xatırladaq ki, amerikalı alimlər quş qripinin ağır və ölümcül nəticələrinin qarşısını ala biləcək yeni dərman haqqında məlumat veriblər.
Stenford Universitetinin alimləri isə HİV-i tamamilə müalicə edə bilən dərman hazırlayıblar..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə