...Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması beynəlxalq mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər.
SİA-nın məlumatına görə, bu fikri Polşa prezidenti Anjey Duda bazar ertəsi, fevralın 3-də dərc olunan “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Duda hərbi əməliyyatlar başa çatdıqdan sonra cinayətin Ukraynadan Polşaya sıçrayacağından, həmçinin Qərbi Avropa və ABŞ-a təsir edəcəyindən narahatlığını ifadə edib.
Polşa prezidenti vəziyyəti 1990-cı illərin əvvəllərində, quldurluq və silahlı zorakılığın Əfqanıstanda onilliklər boyu davam edən sovet işğalının veteranları arasında sürətlə genişləndiyi Rusiya ilə müqayisə edib.
…Sovet İttifaqının dağıldığı və Qərbi Avropada, eləcə də ABŞ-da mütəşəkkil cinayətkarlığın səviyyəsinin nə qədər artdığını xatırlayın…
Bunu Duda bildirib. Onun sözlərinə görə, o vaxt sovet qoşunlarının geri qayıtması Qərbi Avropa və ABŞ-da mütəşəkkil cinayətkarlığın partlamasına təsir etdi.
Duda onu da vurğulayıb ki, Ukrayna sülh sazişi bağlanarsa, iqtisadiyyatın bərpası və ölkə daxilində asayişin və təhlükəsizliyin qorunmasında yardıma ehtiyacı olacaq. …Minlərlə insanın cəbhə xəttindən evlərinə qayıtdığı bir vəziyyəti təsəvvür edin,- deyən Anjey Duda, ruslara qarşı döyüşən bir çox insanın psixoloji problemlərinin olacağını da istisna etməyib.
…Bundan əlavə, Polşa prezidentinin sözlərinə görə, çoxları travma sonrası stress pozğunluğundan əziyyət çəkəcək və öz şəhərlərinə, kəndlərinə qayıtdıqdan sonra dağıdılmış evlər, dağıdılmış fabriklər, dağıdılmış zavodlar, nə iş, nə də perspektiv tapacaqlar...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə