...Polşanın xarici işlər naziri Radoslav Sikorski əmindir ki, Rusiya lideri Vladimir Putin əvvəlcə ABŞ prezidenti Donald Trampla görüşə nail olmalıdır.
SİA xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Sikorski deyib ki, prezident Tramp öz prezidentliyinə Ukraynanın deyil, Putinin mövqeyini dəyişməli olduğunu dərk etməklə yaxşı başlayıb.
Polşanın xarici işlər naziri əlavə edib ki, ABŞ prezidenti azad dünyanın lideridir, Putin isə ukraynalı uşaqların qaçırılmasında müharibə cinayətlərində təqsirləndirilən şəxsdir.
...Mən təklif edərdim ki, Putin bu görüşü qazanmalıdır, çünki o, çox erkən görüşsə, bu, onu öz əhəmiyyətindən yuxarı qaldıracaq və ona vəziyyətlə bağlı yanlış təsəvvür yaradacaq.
Sikorski bildirib bunu.
Yanvarın 21-də Donald Tramp Ağ Evdə çıxışı zamanı Vladimir Putinin Ukrayna üzrə danışıqlara razılıq vermədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ehtimalının yüksək olduğunu bildirib.
Yanvarın 22-də ABŞ-ın yeni prezidenti “Truth Social” hesabında Putini “sövdələşməyə” çağıraraq, Rusiya iqtisadiyyatının “yıxıldığını” və “yalnız daha da pisləşəcəyini” qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə