Abxaziyada yanğında 5 uşağın ölümü ilə bağlı matəm elan edilib

Abxaziya prezidentinin səlahiyyətlərini icra edən Badra Qunba öz fərmanı ilə Qal bölgəsində baş vermiş yanğında 5 uşağın ölümü ilə əlaqədar yanvarın 6-nı respublikada matəm günü elan edib.

SİA xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

...Qal rayonunun Papınırxua kəndində baş vermiş yanğın nəticəsində beş uşağın öldüyü faciə ilə əlaqədar 6 yanvar Abxaziya Respublikasında matəm günü elan edilib.

Bütün dövlət qurumlarında, mədəniyyət müəssisələrində bayraqlar yarıya endiriləcək, televiziya və radioda əyləncəli tədbirlər, proqramlar ləğv ediləcək, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 5-də səhər saatlarında Qal rayonunda baş verən yanğında 5 bacı həlak olub.

Qızlardan ən böyüyünün səkkiz yaşı var idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə